Azərbaycan Dövlət Neft Şirkəti və Hollandiyanın «Fugro» şirkəti yeni birgə müəssisə yaradır

Azərbaycan Dövlət Neft Şirkəti və Hollandiyanın «Fugro» şirkəti yeni birgə müəssisə yaradır
# 23 dekabr 2013 13:46 (UTC +04:00)

Bakı – APA-Economics. «Fugro» (Hollandiya) və ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycan ərazisində quru və dəniz sahələrində dəniz dibinin öyrənilməsi, geofiziki və geotexniki araşdırmaların aparılması, özü idarə olunan sualtı və uzaqdan idarə olunan nəqliyyat vasitələri ilə təmin etmək və sualtı xidmətlər üzrə yeni birgə müəssisənin («SOCAR-Fugro» MMC) yaradılmasına dair razılığa gəlib.


«Fugro»nun baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu layihədə Hollandiya şirkətinin iştirak payı 49%, ARDNŞ-in payı isə 51% olacaq. Saziş «Fugro»nun Xəzər regionunda ilk dəfə fəaliyyətə başladığı zaman «Azeri-Fugro» MMC-nin yaradılmasına dair 1995-ci ildə imzalanmış sənədə əsaslanır.


«Ötən iki onillik dövr ərzində «Fugro» özünü Azərbaycanın dənizdə araşdırma və geotexniki işlər sahəsində aparıcı şirkət kimi tanıdıb. Əlavə olaraq, «Fugro» neft və qaz şirkətlərini və müasir özü idarə olunan sualtı və uzaqdan idarə olunan nəqliyyat vasitələri olan əsas mühəndislik, satınalma və tikinti subpodratçıları sualtı dayaqlarla təmin edib. Hazırda «Fugro»nun Bakıda 50-dən çox daimi işçisi olan ofisləri və emalatxanaları var», - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR