İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
# 22 noyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Kirmanşah vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirmanşah vilayətinin Qəsrə Şirin şəhərinə təsadüf edib.

4 bal gücündə olan zəlzələ noyabrın 22-də Bakı vaxtı ilə günorta saat 14:10-da (Tehran vaxtı ilə 13:40-da) yerin 14 km dərinliyində meydana gəlib. Təbii fəlakət Qəsrə Şirindən 10 km və Sarpol Zahabdan 34 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Zəlzələ İraqda da hiss olunub.

Bundan üç saat əvvəl isə İraqda 5.4 bal gücündə təbii fəlakət baş verib və zəlzələ İranda da hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR