«Zaminbank» nizamnamə kapitalını artırır

«Zaminbank» nizamnamə kapitalını artırır
# 25 sentyabr 2013 07:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Zaminbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 50 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Səhmlər yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 23,7% artaraq 52 181 800 manata çatacaq.

Yerləşdirmədə anderrayter kimi «Texnika Kapital Menecment» MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR