Qazaxıstan Rusiyadan mina tral gəmisi alır

Qazaxıstan Rusiyadan mina tral gəmisi alır
# 25 iyul 2014 10:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstan Rusiyaya 10750E layihəli ikinci tral gəmisini sifariş verib.

APA-nın məlumatına görə, bu barədə «İTAR TASS» agentliyinə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktor müavini Konstantin Biryulin bildirib.

Biryulinin sözlərinə görə, bu layihə üzrə birinci reyd tral gəmisinin inşasına dair sifariş 2013-cü ildə alınıb. Birinci minatutan gəminin sifarişçiyə 2015-ci ilin üçüncü rübündə verilməsi planlaşdırılır.

Gəmi minaların axtarışı üçün ən yeni hidroakustik stansiya, həmçinin 100 metrədək enə bilən müxtəlif tip sualtı aparatlarla təchiz olunacaq. Gəminin silahlanmasında minaları tapıb zərərsizləşdirmək üçün «Alister-9», həmçinin Fransa istehsalı olan uzaqdan idarə edilən “K-Ster Mine Killer» və «K-Ster Inspector» aparatları yer alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR