Bakıda İstanbul prosesi çərçivəsində narkotiklərlə mübarizə üzrə etimadqurucu tədbirin işçi görüşü keçirilib - FOTO

Bakıda İstanbul prosesi çərçivəsində narkotiklərlə mübarizə üzrə etimadqurucu tədbirin işçi görüşü keçirilib - <span style="color: red;">FOTO
# 25 yanvar 2013 09:21 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi qeyd olunan etimadqurucu tədbir çərçivəsində fəaliyyət planının müzakirəsindən ibarətdir. Tədbirdə İstanbul Prosesinin iştirakçısı və dəstəkçisi olan 24 dövlət və beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

“Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul Prosesi” Əfqanıstanın birbaşa və regional qonşularından ibarət olan və şərti olaraq “Asiyanın qəlbi” adlanan bölgədə yerləşən 15 dövlətin təşkil etdiyi siyasi prosesdir. Aralarında ABŞ, Böyük Britaniya, Yaponiya, BMT, NATO, ATƏT-in də təmsil olunduğu bir çox ölkə və beynəlxalq təşkilat sözügedən prosesdə dəstəkçi qismində çıxış edir.

İstanbul Prosesinin əsas məqsədi Əfqanıstanda sülhün, sabitliyin və inkişafın təmin edilməsində regional ölçüdən yararlanmaqdan ibarətdir. Azərbaycan bölgədə əməkdaşlığın inkişaf etdirilməsi, sabitliyin və inkişafın təmin edilməsində vacib rola malik ölkə kimi İstanbul Prosesinin tam hüquqlu üzvüdür ən fəal iştirakçılarından biridir.

Ölkəmiz Əfqanıstanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə İstanbul çərçivəsində həyata keçirilməkdə olan etimad qurucu tədbirlərin icra edilməsində yaxından iştirak etməklə yanaşı, narkotiklərlə mübarizə və regional infrastruktur adlı iki etimad qurucu tədbirin həmsədri funksiyalarını da həyata keçirməkdədir.

Azərbaycan həmçinin, cari ilin 6 fevral tarixində keçiriləcək İstanbul Prosesinin Yüksək Vəzifəli Şəxslərinin iclasına da ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR