Bakıda dələduzluqda təqsirləndirilən qadın həbs edilib

Bakıda dələduzluqda təqsirləndirilən qadın həbs edilib
# 06 noyabr 2014 12:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində dələduzluqla məşğul olan şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtın Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhər sakinləri – Ramin Verdiyevdən 2011-ci ildə 7000 manat, Xəyalə Haqverdiyevadan 2012-ci ildə 16000 ABŞ dollar alıb qaytarmamaqda şübhəli bilinən 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Pərvanə Qarayeva tutulub. Şübhəli şəxs haqqında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR