Bakıda qohumlar arasında kütləvi dava olub, xəsarət alanlar var

Bakıda qohumlar arasında kütləvi dava olub, xəsarət alanlar var
# 31 may 2016 07:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kütləvi dava olub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Tural Fərəcullazadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub. Həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun, qardaşları Ağamehdi və Raminlə birgə, dayısı Naib Vəliyevin yaşadığı evə gələrək münaqişə etmələri, səs-küyə gəlmiş qonşuluqda yaşayan digər qohumları Sahib Əliyevin və qardaşı Rzanın münaqişəyə müdaxilə edərək biri-birilərinə xəsarət yetirmələri, bu zaman Rzanın Tural Fərəcullazadəyə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Hadisənin digər iştirakçıları yaxalanaraq məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR