Pentaqon: İraqda İŞİD-in iki lideri məhv edilib

Pentaqon: İraqda İŞİD-in iki lideri məhv edilib
# 02 iyul 2016 00:08 (UTC +04:00)

Bakı-APA. İraqın Mosul şəhərində endirilən hava zərbəsi nəticəsində İŞİD qruplaşmasının ali rəhbərliyinin iki nümayəndəsi öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.

Öldürülənlər İŞİD-in “müdafiə nazirinin müavini” Əhməd Sultan əl-Bəhari və qruplaşmanın Mosuldakı komandiri Hatəm Talib əl-Hamdunidir.

Məlumata əsəsən, keçmiş “Əl-Qaidə” qruplaşmasının üzvü Əhməd Sultan əl-Bəhari 2014-cü ildə Mosul şəhəri uğrunda döyüşlərdə fəal iştirak edib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR