Azərbaycanın investisiya imkanları italiyalı iş adamlarına təqdim olunub

Azərbaycanın investisiya imkanları italiyalı iş adamlarına təqdim olunub
# 14 dekabr 2012 14:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) İtaliyanın mebel, tikinti, gil istehsalı və maşınqayırma sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov iş adamlarına Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq italiyalı iş adamlarını əməkdaşlığa dəvət edib.

İtaliyanın «Eurocoop Soc. Coop.» şirkətinin direktoru Antonino Zitelli isə Azərbaycana səfərindən, paytaxt Bakıda aparılan geniş tikinti-quruculuq işlərindən məmnunluğunu ifadə edib, belə görüşlərin İtaliya və Azərbaycan iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə geniş məlumat verilib, həmçinin Azpromo tərəfindən İtaliya şirkətlərinə Azərbaycanda biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da hər cür dəstək göstəriləcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR