Suriya silahlı müxalifət sıralarında Azərbaycan vətəndaşlarının döyüşdüyünü iddia edib

Suriya silahlı müxalifət sıralarında Azərbaycan vətəndaşlarının döyüşdüyünü iddia edib
# 22 noyabr 2012 08:03 (UTC +04:00)

Bakı-APA. Suriya rəsmiləri BMT Təhlükəsizlik Şurasına “Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirərkən” öldürülmüş 143 əcnəbi vətəndaşın siyahısını təqdim edib. Bu barədə APA “Inner City Press”ə istinadən məlumat verir.

Siyahıda Azərbaycan vətəndaşlarının adı da var.

Bir ay əvvəl Suriya BMT Təhlükəsizlik Şurasına 108 nəfərlik analoji siyahı göndərmişdi.

Yeni siyahıda Qətər, Səudiyyə Ərəbistanı, Tunis, Misir, Sudan, Liviya, Əfqanıstan, İordaniya, Türkiyə, Azərbaycan, Yəmən, İraq, Küveyt, Livan, Əlcəzair, Çad, Pakistan, Rusiya vətəndaşları, həmçinin fələstinlilər var.

Qeyd edək ki, İranın “Arannyus.ir” saytı noyabrın 9-da Suriya dövlət televiziyasına istinadən hökumət qoşunları ilə toqquşmalarda İslamov Zaur Ələsgər oğlu adlı Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR