Həbs edimiş şəxsdən psixatrop dərmanlar götürülüb

Həbs edimiş şəxsdən psixatrop dərmanlar götürülüb
# 09 sentyabr 2016 16:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Qasımov Elşən Rasim oğlu 3 saylı İstintaq təcridxanasına daxil olarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman ona məxsus darağın içərisində xüsusi üsulla gizlədilmiş 28 ədəd fenadiazepin və 3 ədəd tramadol həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis idarəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR