AZAL: Bakı-Gəncə aviareysi üzrə uçuşlar dayandırılmayacaq

AZAL: Bakı-Gəncə aviareysi üzrə uçuşlar dayandırılmayacaq
# 19 noyabr 2015 06:45 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.

“Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar hər gün həyata keçiriləcək”, - deyə P. Kəsəmənski bildirib.

P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan edib. Lakin qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR