Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçı xilas edilib

Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçı xilas edilib
# 02 aprel 2013 14:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xəzər dənizində batma təhlükəsi ilə üzləşən balıqçı xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonu ərazisindən yelkənli qayıqla dənizə çıxmış 1 nəfər “Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində qayığın balıqçı toruna ilişməsi səbəbindən batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunublar. Əməliyyat uğurla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR