175 dairə üzrə Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları liderdir

175 dairə üzrə Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları liderdir
# 24 iyun 2016 04:56 (UTC +04:00)

Bakı-APA. Dairələrin ümumi sayının yarısı üzrə referendumun nəticələrinə əsasən, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının (Brexit) tərəfdarları irəlidədirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 328 dairədən 175 dairə üzrə referendumun nəticələrinə əsasən, Britaniyanın Aİ-dən çıxmasını seçicilərin 51,3 faizi dəstəkləyib. Aİ ilə vahidlik tərəfdarları isə səslərin 48,7 faizini toplaya biliblər.

Qeyd edək ki, Şeffild, Blekpul, Qosport, Milton Kins, Suindon və Sanderlend şəhərlərinin sakinləri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

Səslərin hesablanması prosesi davam edir. Aparılmış sorğular Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarlarının çoxluq təşkil etdiyini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR