Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında imzalanmış sazişin müddəti uzadılıb

Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında imzalanmış sazişin müddəti uzadılıb
# 18 mart 2015 16:52 (UTC +04:00)

APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün nazirliyin binasına Azərbaycan hökuməti ilə BQXK arasındakı sazişin qüvvədə olma müddətinin uzadılması haqqında protokol imzalanıb.

Mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul şəxsləri, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak ediblər. Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR