Prezident “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib

Prezident “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib
# 11 aprel 2013 11:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Prezidenti İlham Əliyev “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. APA-nın məlumatına görə, qanun layihəsi Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılmasını, səfir müavininin statusunun baş konsulun statusu ilə eyniləşdirilməsini nəzərdə tutur.

Səfir müavini, daimi nümayəndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR