Bakıda xəstə müalicə aldığı xəstəxana binasından özünü atıb

Bakıda xəstə müalicə aldığı xəstəxana binasından özünü atıb
# 02 iyun 2016 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR