Azərbaycanda iqtisadi artım I rübdə 3,1% olub

Azərbaycanda iqtisadi artım I rübdə 3,1% olub
# 15 aprel 2013 09:31 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əlavə dəyərin 6,8 mlrd. manatı və ya 52,3%-i sənaye sahələrində, 1 mlrd. manatı (7,8%-i) tikintidə, 787,3 mln. manatı (6,1%-i) nəqliyyatda, 296 mln. manatı (2,3%-i) kənd təsərrüfatında, 1,4 mlrd. manatı (10,4%-i) ticarət və pullu xidmət sahələrində, 230,1 mln. manatı (1,8%i) rabitədə, 1,7 mlrd. manatı (12,9%-i) isə digər sahələrdə istehsal olunub, 826,5 milyon manatını, yaxud 6,4%-ni məhsula və idxala vergilər təşkil edib.

«Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1 399,6 manata və ya 1 783,4 ABŞ dollarına bərabər olub», - deyə Komitədən bildirilib.

Hesabat dövründə ÜDM istehsalı qeyri-neft sektorunda 11,4% artıb, neft sektorunda isə 4% azalıb.

Qeyd edək ki, bu il Azərbaycanda ÜDM-in 51,379 mlrd. manatdan çox, iqtisadi artımın isə 2,2% olacağı gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında ölkədə ÜDM-in artım tempi 3,2% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR