Qahirədə baş verən ağır yol qəzasında 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb

Qahirədə baş verən ağır yol qəzasında 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb
# 15 iyun 2016 18:44 (UTC +04:00)

Bakı-APA. Misirin paytaxtı Qahirədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Məlumata əsasən, şəhər yaxınlığındakı avtomagistralda qoşqulu yük maşını idarəetməni itirərək iki mikroavtobus və minik avtomobili ilə toqquşub. Qəzanın səbəbkarı tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR