Bakıda teplovozun vurduğu şəxsin ayağı amputasiya edilib

Bakıda teplovozun vurduğu şəxsin ayağı amputasiya edilib
# 30 may 2016 11:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda teplovoz Lerik sakinini vurub.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də saat 03 radələrində Sabunçu dəmir yolunun ərazisində dəmir yolu xəttinin üstündən keçən Lerik rayon sakini Mirzə Rzayev teplovozla vurulub.

Xəstəxanaya yerləşdirilmiş M.Rzayevin sol ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR