Şamaxıda ev yanıb, ölən var

Şamaxıda ev yanıb, ölən var
# 26 mart 2015 16:34 (UTC +04:00)

Bakı-APA. Şamaxı şəhərində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR