KXCP İdarə Heyətinin iclası keçirilib

KXCP İdarə Heyətinin iclası keçirilib
# 13 fevral 2013 16:28 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin iclası keçirilib.


Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Yığıncaqda Gədəbəy rayon İcra Hakimiyyəti ilə rayon sakini, KXСP Ali Məclisinin üzvü Əli Abdullayev arasında yaranan problem müzakirə olunub və icra strukturunun təzyiqlərini pisləyən bəyanat qəbul olunub.

Bəyanatda Ə. Abdullayevin ə qarşı baş verən qanunsuzluqları və təzyiqləri onun siyasi mövqeyi ilə əlaqələndirərək Daxili İşlər Nazirliyi və Baş Prokurorluğundan sözügedən hadisənin araşdırılması tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR