Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
# 27 avqust 2015 13:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Avqustun 10-dan 21-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası tərəfindən “Korrupsiyaya qarşı mübarizə Proqramının Strateji İdarəetməsi üzrə Sertifikat” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Çin, Pakistan, Özbəkistan, Tacikistan, Şri-Lanka və digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru İsfəndiyar Hacıyev təmsil edib

İ.Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyi, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyi, eyni zamanda “ASAN” xidmət mərkəzlərin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirin yekununda İ.Hacıyevə müvafiq sertifikat təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR