Bakıda bir nəfər dənizdə batıb

Bakıda bir nəfər dənizdə batıb
# 16 iyun 2016 19:22 (UTC +04:00)

Bakı-APA. Dənizdə 23 yaşlı gənc batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Mustafayev Məhəmməd Əşrəf oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq M.Mustafayevin cəsədini sudan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR