Dəmiryolunun Qarasu-Padar və Qarasu-Muğan mənzillərində təmir işlərinə başlanıb - FOTO

Dəmiryolunun Qarasu-Padar və Qarasu-Muğan mənzillərində təmir işlərinə başlanıb - <span style="color: red;">FOTO
# 18 aprel 2013 07:28 (UTC +04:00)

Bakı - APA-Economics. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, 18-30 aprel 2013-cü ildə dəmiryolunun Qarasu-Padar və Qarasu-Muğan mənzillərində 13,7 km yol əsaslı təmir olunacaq.

Bu gündən təmir işlərinə start verilib. Artıq səhər saatlarında köhnə yolun xeyli hissəsi sökülüb.

Məlumat üçün bildirək ki, «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 212 kilometr yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR