"Bakcell" Ordubadda yeni satış və xidmət mərkəzi açıb

"Bakcell" Ordubadda yeni satış və xidmət mərkəzi açıb
# 18 noyabr 2015 08:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.

“Bakcell”dən “APA-Economics”ə verilən məlumata görə, şirkət Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni konsept və dizaynda olan satış və xidmət mərkəzinin açılışını edib. Ordubad şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqədə abunəçilərə müxtəlif çeşiddə xidmətlər təqdim olunur.

“İndi Ordubad sakinləri “Bakcell” şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən etibarlı şəbəkəyə malik “Bakcell” şirkəti öz xidmətlərinin abunəçilərə daha əlçatan olması üçün satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edəcək”, - deyə “Bakcell” şirkətinin pərakəndə satış və distribusiya departamentinin rəhbəri Paşa Paşayev bildirib.

“Bakcell” şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. “Bakcell” Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR