Bakının Yusif Səfərov küçəsinin Heydər Əliyev və Babək prospektlərinə çıxışı bir neçə günlüyə bağlanıb

Bakının Yusif Səfərov küçəsinin Heydər Əliyev və Babək prospektlərinə çıxışı bir neçə günlüyə bağlanıb
# 22 mart 2015 07:31 (UTC +04:00)

Bakı – APA. Martın 22-si səhər saatlarından təmir işləri ilə bağlı Yusif Səfərov küçəsinin Bakı Şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat katibliyindən APA-ya verilən məlumata görə, alternativ yolu bildirmək məqsədilə Ali Məhkəmənin qarşısından başlayaraq müvafiq yol nişanları yerləşdirilib.

Sürücülər Xocalı prospekti ilə gələrək Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etməklə Babək və Heydər Əliyev prospektlərinə hərəkət edə bilərlər.

***

21 mart saat 19:01

Bakı - APA. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.

“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılacaq.

Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.

İşlərin yaxın bir neçə gün ərzində başa çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR