ABŞ-ın Oklahoma ştatının Senatı Xocalı soyqırımını tanıyıb

ABŞ-ın Oklahoma ştatının Senatı Xocalı soyqırımını tanıyıb
# 05 mart 2013 19:52 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, qətnamənin mətnində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bu şəhərin 600-dən çox dinc sakininin qətlə yetirilməsindən danışılır. Oklahoma ştatının Senatı faciəli hadisələr faktını nəzərə alaraq və Xocalı qətliamının 21-ci ildönümünü qeyd edərək, bu qətnaməni ABŞ Konqresinə, Dövlət Departamentinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmək barədə qərar qəbul edib.

Qətnamənin müəllifi Oklahoma ştatının 26-cı dairəsini təmsil edən deputat Tom İvesterdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR