Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 30 oktyabr 2015 09:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 29-da saat 20.00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ataş Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş yaralı orada ölüb.

Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR