Paşha Bank
Bank Of Baku

Bakıda taksi sürücüsünü bıçaqlayan şəxs tutulub

Bakıda taksi sürücüsünü bıçaqlayan şəxs tutulub
# 07 iyun 2019 12:07 (UTC +04:00)

Bakıda sürücü ilə mübahisə zamanı onu bıçaqlayıb qaçan sərnişin saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verdiyini, bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR