Bank Of Baku

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dəyirmi masa keçirilib - FOTO

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dəyirmi masa keçirilib - FOTO
# 09 sentyabr 2026 09:43 (UTC +04:00)

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP31-dən sonrakı iqlim liderliyi: tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

APA xəbər verir ki, COP31-ə hazırlıq çərçivəsində keçirilən dəyirmi masada son onillikdə qlobal iqlim liderliyinin inkişafı və Paris Sazişindən etibarən əldə olunan təcrübə müzakirə olunub. İştirakçılar dəyişən geosiyasi şəraitin beynəlxalq iqlim əməkdaşlığına təsiri, iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsi və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin açılış sessiyasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu çıxış ediblər.

Vayre Vike-Frayberqa neftin qlobal miqyasda həddindən artıq istifadəsi və vulkanik fəaliyyəti çirklənməyə təsir edən amillər sırasında qeyd edib.
Çıxışda həmçinin çirklənmə ilə iqlim dəyişikliyi arasındakı əlaqəyə diqqət çəkilib. Qeyd olunub ki, ekspertlər və qərar qəbul edən şəxslər tərəfindən hazırlanan siyasət və qərarlar cəmiyyət üçün aydın və başadüşülən şəkildə izah edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ekstremal istilər, quraqlıq, daşqınlar və meşə yanğınları şəhərlərə, su və ərzaq sistemlərinə, iqtisadiyyata və infrastruktura ciddi təzyiq göstərir. Qeyd olunub ki, bu səbəbdən iqlim sahəsində beynəlxalq əməkdaşlıq əvvəlki illərlə müqayisədə daha çətin şəraitdə həyata keçirilir.

O vurğulayıb ki, iqlim siyasəti ölkələrin milli prioritetləri ilə rəqabət aparmamalı, əksinə, enerji təhlükəsizliyi, iqtisadi inkişaf, ərzaq və su təhlükəsizliyi kimi məsələlərin həllinə töhfə verməlidir.

Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin fərqli iqtisadi və sosial şərtlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Çıxış zamanı bildirilib ki, iqlim dəyişikliyinin təsirləri getdikcə daha aydın görünür və bu səbəbdən iqlim siyasəti enerji, iqtisadiyyat, ərzaq, su, texnologiya və inkişaf siyasətlərindən ayrı şəkildə nəzərdən keçirilə bilməz.

COP31-ə hazırlıq çərçivəsində iqlim əməkdaşlığının davam etdirilməsi üçün ölkələrin fərqli iqtisadi və sosial imkanlarını nəzərə alan, praktik və həyata keçirilə bilən siyasətlərin hazırlanmasının vacibliyi qeyd olunub.

Ardınca keçirilən panel sessiyasında isə geosiyasi dəyişikliklərin beynəlxalq iqlim əməkdaşlığına təsiri, enerji təhlükəsizliyi, iqtisadi rəqabətlilik, səhiyyə, ərzaq sistemləri, texnologiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunub. Eyni zamanda, hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, iqlim öhdəliklərinin konkret nəticələrə çevrilməsi və COP31-ə gedən yolda icranın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR