Bank Of Baku

Boçorişvili: Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli səfərlər planlaşdırılır

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili

© APA | Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili

# 25 noyabr 2026 14:57 (UTC +04:00)

“Gürcüstan və Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır. Biz mövcud geosiyasi reallıqlar kontekstində regionumuzun əhəmiyyətini artırmaq üçün əməkdaşlığımızı davam etdiririk”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında müntəzəm siyasi dialoq və əməkdaşlıq bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir.

Maka Boçorişvili Gürcüstanla Azərbaycan arasında iqtisadi münasibətlərin intensiv olduğunu vurğulayıb.

“Hazırda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq fəal mərhələdədir. Bunun mühüm regional əhəmiyyəti var və bu sahədəki əməkdaşlığımız təbii ki, davam edəcək”, - o əlavə edib.

Nazir onu da qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, gələn ilin əvvəlində Azərbaycanın xarici işlər nazirinin Tbilisiyə səfəri gözlənilir: “Biz, həmçinin, Gürcüstan Baş nazirinin Azərbaycana rəsmi səfərinə də hazırlıqlara başlayacağıq. Bu, bizim siyasi münasibətlərimizin gündəliyinin mühüm hissəsi olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR