Dünya Qəzetçilər Federasiyasının sədri Mətbuat Şurasında olub

Dünya Qəzetçilər Federasiyasının sədri Mətbuat Şurasında olub
# 28 iyul 2016 13:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Dünya Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Mətbuat Şurasında (MŞ) olub.

MŞ-dan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətində Türk dünyasını təmsil edən media təşkilatları ilə qarşılıqlı münasibətlər mühüm yer tutur. Ə. Amaşov qeyd edib ki, bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır, ümumən ictimai məzmun daşımaqla ortaq dəyərlərimizin təbliğini nəzərdə tutur.

M. Dəmir bildirib ki, Dünya Qəzetçilər Federasiyasının həyata keçirdiyi Türkdilli Ölkələrin Sənədli Filmlər Festivalına filmlərin qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq. O əlavə edib ki, toplanmış ekran əsərlərinin qiymətləndirilməsi aparılacaq, qalib filmlər türk dünyasının müxtəlif yerlərində nümayiş olunacaq.

M. Dəmir həmin filmlərin Azərbaycanda da nümayişinin əhəmiyyətini vurğulayıb və bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR