Milli Məclisin üzvü Bakıya “Qəhrəman şəhər” adının verilməsini təklif edib

Milli Məclisin üzvü Bakıya “Qəhrəman şəhər” adının verilməsini təklif edib
# 24 fevral 2015 11:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklif olunub. APA-nın məlumatına görə, deputat Yevda Abramov Bakının Böyük Vətən müharibəsində oynadığı rola diqqət çəkərək bu adın verilməsini zəruri sayıb.


MM sədrinin birinci müavini Ziyafət Əsgərov təklifə müsbət yanaşıb: “Amma təəssüf ki, SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov kimi mənəviyyatsız insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdilər. Bir müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin qarşısında bu məsələni qaldırıb. Görək nə cavab verirlər. Bütün hallarda bu, Rusiyadan asılıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR