İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili prezidentliyə namizəd olacaq

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili prezidentliyə namizəd olacaq
# 20 aprel 2013 09:57 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin də prezidentliyə namizəd olacağı xəbəri yayılıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, S. Cəlilinin seçki qərargahının seçkilər ərəfəsində fəaliyyətə başlayacağı bildirilir.

Məlumatda onun xalqın müxtəlif təbəqələri, müdrik adamlar və şagirdlərin tələbi ilə prezidentliyə namizəd olacağı, S. Cəlilinin öz fikrini isə yaxın günlərdə bildirəcəyi vurğulanıb.

Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək. S. Cəlilinin seçkilərə qatılacağı xəbəri əvvəllər inkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR