Göygöl rayonunda silsilə mədəniyyət layihələri həyata keçiriləcək

Göygöl rayonunda silsilə mədəniyyət layihələri həyata keçiriləcək
# 25 mart 2013 08:26 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Azərbaycanın sənətkarlıq paytaxtı elan edilmiş Göygöl rayonunda bu il silsilə mədəniyyət layihələri həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqram çərçivəsində rayon Mədəniyyət Evində dekorativ-tətbiqi sənət ustaları ilə görüş təşkil olunacaq. Heydər Əliyev Mərkəzində “Göygöl rayonunda sənətkarlığın inkişafı” mövzusunda dəyirmi masa keçiriləcək, bu sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə ediləcək.

İyun-sentyabr aylarında isə sənətkarların əl işlərindən ibarət yarmarkaların keçirilməsi planlaşdırılır. İl ərzində dekorativ-tətbiqi sənət əsərləri sərgilərinin mütəmadi təşkili nəzərdə tutulub. Rayonda “Qədim el sənətkarları” mövzusunda sərgilər açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR