Bank Of Baku

Əcnəbilər Azərbaycana giriş-çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənəcəklər

Əcnəbilər Azərbaycana giriş-çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənəcəklər
# 08 iyun 2018 09:15 (UTC +04:00)

İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı  ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər. 

 

Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya bildirilib ki, qurumun rəsmi saytının (www.migration.gov.az) “Elektron xidmətlər” pəncərəsinə daxil olaraq, “Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla” bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.


Yeniliyin məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və ölkədən çıxışları ilə bağlı rahatlıqlarının təmin edilməsinə və şəffaflığın artırılmasına xidmət edir. 
DMX xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR