Polşa xarici işlər naziri Moqerini ilə “Şərq tərəfdaşlığı”nı müzakirə edəcək

Polşa xarici işlər naziri Moqerini ilə “Şərq tərəfdaşlığı”nı müzakirə edəcək
# 02 iyun 2016 07:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Polşa xarici işlər naziri Vitold Vaşikovsk Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Federika Moqerininin Polşaya nəzərdə tutulan səfəri zamanı “Şərq tərəfdaşlığı” proqramını müzakirə etməyi planlaşdırır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, V. Vaşikovsk “Şərq tərəfdaşlığı” proqramına daxil olan dövlətlərin Avropa İttifaqı ilə əməkdaşlıqlarının müxtəlif səviyyələrdə inkişaf etdiyini bildirib.

“Onlardan 3-ü assosiasiya sazişini imzalayıb. Belarus isə başqa səviyyədə razılaşma olmadan əməkdaşlıq üçün açıqdır. Ən böyük problem Ermənistan və Azərbaycan arasında qarşılıqlı münasibətdir. Belə ki, uzun illər ərzində bu ölkələr arasında olan dondurulmuş hərbi münaqişə geri qayıdır ”, - deyə Polşa xarici işlər naziri bildirib.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı F. Moqerini Polşaya səfəri zamanı qarşıdan gələn NATO sammiti, miqrasiya böhranı, habelə Rusiyaya qarşı sanksiyalar və “Şərq tərəfdaşlığı” mövzuları barədə müzakirələr aparacaq.

Səfər zamanı F. Moqerininin ölkə prezidenti Anjey Duda, baş nazir Beatoy Şidlo ilə görüşləri də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR