Bank Of Baku

Estoniyanın xarici işlər naziri Bakıya gəlib - YENİLƏNİB

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna

© APA | Estoniyanın xarici işlər naziri Marqus Tsaxna

# 27 noyabr 2026 03:08 (UTC +04:00)

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana səfərə gəlib.

APA xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı keçiriləcək.

“Bu, iki ölkə arasında əlaqələrin inkişafını əks etdirən mühüm mərhələdir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımızın dərinləşdirilməsini, regional və Avropa təhlükəsizliyinin gücləndirilməsini müzakirə etmək üçün Prezident İlham Əliyev və həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri səbirsizliklə gözləyirəm”, – deyə Tsaxkna qeyd edib.


***
16:42


Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, Marqus Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək. O, dövlət rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın, xüsusilə biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR