Azərbaycan paytaxtında iki nəfər alkoqoldan zəhərlənərək ölüb

Azərbaycan paytaxtında iki nəfər alkoqoldan zəhərlənərək ölüb
# 28 oktyabr 2014 09:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda iki nəfər zəhərlənərək ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Xətai rayonu ərazisindən 40-45 yaşlı kişi, oktyabrın 26-da isə Sabunçu rayonunun Pirşağı qəsəbəsindən 35-40 yaşlı kişi koma halında (alkoqoldan zəhərlənmə) ilə xəstəxanaya gətirilib.

Həmin şəxslər oktyabrın 27-də ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR