Olland Fransa Hərbi-Hava Qüvvələrinə İŞİD-ə endirilən zərbələri intensivləşdirməyi tapşırıb

Olland Fransa Hərbi-Hava Qüvvələrinə İŞİD-ə endirilən zərbələri intensivləşdirməyi tapşırıb
# 20 noyabr 2015 01:55 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland Hərbi-Hava Qüvvələrinə İŞİD-in Suriya və İraqdakı mövqelərinə endirilən zərbələri intensivləşdirməyi tapşırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bundan başqa, Fransa BMT Təhlükəsizlik Şurasında İŞİD-ə qarşı “bütün lazımı tədbirlərin görülməsi” haqqında qətnamənin qəbul olunmasını təklif edib. Qətnamə ölkələri səyləri artırmağa və terror aktlarının qarşısının alınmasında addımları əlaqələndirməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR