Sabah Azərbaycanda güclü külək əsəcək, yağış yağacaq - VİDEO

Sabah Azərbaycanda güclü külək əsəcək, yağış yağacaq - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2014 10:43 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və güclənəcək. Havanın temperaturunun gecə və gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da oktyabrın 7-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.

Oktyabrın 7-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR