Vanda baş verən terror aktında iki polis əməkdaşı ölüb, biri yaralanıb

Vanda baş verən terror aktında iki polis əməkdaşı ölüb, biri yaralanıb
# 30 may 2016 12:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin Van vilayətində terror aktı baş verib. APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə bu gün vilayətin İpək Yolu rayonunda qeydə alınıb. PKK terror təşkilatı üzvlərinin yerə basdırılmış qurğuları uzaqdan idarə etməsi nəticəsində zirehli polis texnikası sıradan çıxıb. Terror aktı nəticəsində Türkiyə polisinin iki əməkdaşı şəhid olub, bir nəfər yaralanıb.

Xəsarət alan polis məmuru xəstəxanaya yerləşdirilib, bölgədə hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR