İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb

İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb
# 16 iyun 2016 11:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-may aylarında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 52,9 milyon ton yük, 656,1 milyon sərnişin daşınıb.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb.

Sərnişinlərin 96%-i (629,856 milyon nəfər) avtobus, 4%-i (26,244 milyon nəfər) isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Bundan başqa, avtomobil nəqliyyatı ilə qeyd olunan dövrdə daşınan yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Qeyd edək ki, ümumilikdə qeyd edilən ərzində nəqliyyat sektorunda sərnişindaşımaların 87,6%-i, yükdaşımaların isə 61,8%-i avtomobil nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR