Türkiyə ordusunun 4 əsgəri şəhid olub

Türkiyə ordusunun 4 əsgəri şəhid olub
# 10 iyul 2016 13:06 (UTC +04:00)

Bakı-APA. Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında Hakkarinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşın karvanının keçişi zamanı PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıb.

İlkin məlumatlara görə, 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR