Rusiyada aeroport binasında yanğın söndürülüb - YENİLƏNİB

Rusiyada aeroport binasında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 10 iyul 2016 09:38 (UTC +04:00)

Bakı-APA. Rusiyada aeroportun inzibati binasında yanğın söndürülüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi Blaqoveşensk aeroportunun inzibati binasında yanğının söndürüldüyünü, ölən və xəsarət alanların olmadığını açıqlayıb.

Yanğın nəticəsində aeroportun inzibati binasının 3 mərtəbəsində izolyasiya yanıb. Yanğının səbəbi müəyyənləşdirilir.

***

saat 06.45

Bakı-APA. Rusiyada aeroport binası yanır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Blaqoveşensk aeroportunun binasında yanğın başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində ölən və yaralananların olmadığını açıqlayıb. Yanğının söndürülməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR