Şirvan Apellyasiya Məhkəməsində Sabirabadda həyat yoldaşını boğaraq qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Cəfərov Xanbala Əzizağa oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2017-ci ilin martın 9-da Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfərov Xanbala Əzizağa oğlu cinayət məcəlləsinin 120.1 maddəsi ilə 13 il azadlıqdan məhrum edilib.