Azərbaycanda 75 yaşlı kişi həmyaşıdı olan arvadını güllələyib

Azərbaycanda 75 yaşlı kişi həmyaşıdı olan arvadını güllələyib
# 08 dekabr 2012 07:03 (UTC +04:00)

Bu barədə APA-ya Yevlax rayon Polis Şöbəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Yevlax rayon sakini, 75 yaşlı Məhəmmədiyyə Seyid oölu Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 75 yaşlı Sürayyə Qasımovanı güllələyib. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Məmmədov saxlanılıb.

Qətlin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR