Almaniya səfirliyi: Ştaynmayerin sabah Cənubi Qafqaza üç günlük səfəri başlayır

Almaniya səfirliyi: Ştaynmayerin sabah Cənubi Qafqaza üç günlük səfəri başlayır
# 28 iyun 2016 14:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Sabah Almaniyanın federal xarici işlər naziri Frank Valter Ştaynmayerin Cənubi Qafqaza üç günlük səfəri başlayacaq və nazir Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.

Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində baş tutacaq.

"Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir. Bundan başqa, Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə töhfəsini verəcək.

Ştaynmayeri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, səfər Ermənistandan başlanacaq. Azərbaycana səfər iyunun 30-na nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR