Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Təqaüd Proqramı elan edilib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Təqaüd Proqramı elan edilib
# 04 mart 2015 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycandakı Nümayəndəliyi 31 iyul tarixindən 29 iyul (12 ay) tarixinədək Koreyanın Sun Kyun Kwan Universitetində təşkil olunacaq Magistratura üzrə təqaüd proqramı elan edir.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, bu proqram haqqında ətraflı məlumatı və ərizə formalarını (KOİCA)-nın rəsmi saytından (www.training.koica.go.kr, www.koica.go.kr) əldə etmək olar.

Proqramda iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının əməkdaşları təqdim olunmuş ərizə formalarını və digər lazımi sənədləri 16 mart tarixinədək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər. Təqaüd proqramı ilə bağlı əlavə məlumat almaq üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR